Qobustan həbsxanasında aclıq aksiyası dayanıb. Bu barədə «Media forum» saytına Ədliyyə Nazirliyi Penitensiar Xidmətin şöbə rəisi Rafiq Ramazanov məlumat verib.
Onun sözlərinə görə, məhbuslar aksiyanı iyulun 6-da günorta saatlarında dayandırıblar və aclığı dayandırdıqları haqda Qobustan həbsxanasının rəhbərliyinə ərizə təqdim ediblər.
Ömürlük həbs cəzası almış bir qrup məhbus artıq bir neçə dəfə belə aksiya keçirib. Rəsmi məlumata görə, sonuncu aclıq aksiyası iyunun 20-dən başlayıb. İlk günlər aksiyaçıların sayı 38 olub. Onların əsas tələbi ömürlük həbs cəzalarının müddətli cəza ilə əvəz edilməsidir və bununla bağlı məhbuslar prezident İlham Əliyevə də müraciət ediblər.