Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:02

Hakimiyyət Fətullayevin üzərindən ittihamları götürməyə çağırılır


Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon
Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon

Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin böhtana görə məhkum edilmiş təsisçi və baş redaktoru Eynulla Fətullayevin davam edən təqibilə əlaqədar kədərlənir.
«Turan»ın məlumatına görə, mənzil-qərargahı Nyu-Yorkda yerləşən təşkilatın bəyanatında deyilir ki, bir qədər əvvəl Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən Fətullayevə qarşı irəli sürülmüş milli ədavətin qızışdırılması və terrorçuluqla bağlı yeni ittihamlar formal xarakter daşıyır.


Yeni ittihamlarla Fətullayev böhtana görə, indi çəkdiyi iki il yarım cəzadan başqa uzun müddətə azadlıqdan məhrum edilə bilər.
«Biz Fətullayevi susdurmaq və qəzetlərini məhv etmək məqsədilə ona qarşı daimi xarakter daşıyan ittihamların irəli sürülməsindən şoka düşmüşük», - deyə Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon bildirib. O, hakimiyyəti dərhal bu ittihamları geri götürməyə çağırıb.


Eynulla Fətullayevə yeni ittihamların irəli sürülməsinə «Realnı Azerbaydjan» qəzetinin bu ilki nömrələrindən birində dərc olunan «Əliyevlər müharibəyə hazırlaşır» başlıqlı məqalə səbəb olub. Məqalədə prezident İlham Əliyevin İranla bağlı xarici siyasəti kəskin şəkildə tənqid olunur. MTN baş redaktora qarşı irəli sürülmüş yeni ittihamlarla bağlı hər hansı bir açıqlama vermir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG