«Dağlıq Qarabağda «prezident seçkiləri» Ermənistanın qəsbkarlıq siyasətini ört-basdır etmək üçün keçirilir və Azərbaycan ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək məqsədi daşıyır». Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) iyulun 5-də yaydığı bəyanatında belə deyilir.
XİN bildirir ki, «seçki»də Dağlıq Qarabağ regionunun yerli azərbaycanlı əhalisi iştirak etmədiyindən və ölkə Konstitusiyası, beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil etdiyindən onun heç bir hüquqi qüvvəsi yoxdur:
«Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda istənilən seçkilər yalnız o halda ədalətli və azad tanına bilər ki, qovulmuş azərbaycanlı əhali də hüquqi və demokratik atmosferdə seçkilərin keçirilməsində tam, birbaşa və bərabər səviyyədə iştirak etsin».
Azərbaycan XİN-i Ermənistan tərəfini bu addımlardan çəkinməyə çağırır: «Bunun yerinə Ermənistan tərəfini xoş məram nümayiş etdirməyə və danışıqlar prosesində konstruktiv mövqe göstərməyə çağırırıq».
Ermənistan mətbuatında dolaşan məlumatlara əsasən, iyulun 19-da özünü müstəqil elan etmiş Dağlıq Qarabağ Respublikasında «prezident seçkilər»i keçirilməlidir