Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:48

Eynulla Fətullayev ifadə verməkdən imtina edib


Fətullayevin vəkilləri onun haqda üç aylıq həbs qərarından da şikayət ediblər
Fətullayevin vəkilləri onun haqda üç aylıq həbs qərarından da şikayət ediblər

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev ona qarşı irəli sürülmüş yeni ittihamlarla bağlı ifadə verməkdən imtina edib. Bu haqda «Azadlıq» radiosuna onun vəkili Aydın Nəzərli məlumat verib. Vəkilin sözlərinə görə, Fətullayev ona qarşı irəli sürülmüş terrorla hədələmə və öz qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması ilə bağlı ittihamlarla razılaşmır. Buna görə də, indiyədək şahid qismində iki dəfə ifadə versə də, təqsirləndirilən şəxs qismində ifadə verməkdən imtina edib: «O, irəli sürülən ittihamları əsassız sayır və etiraz əlaməti olaraq bu yolu seçib».


Eynulla Fətullayevin vəkilləri yeni ittihamla bağlı Səbail Rayon Məhkəməsinin onun haqda çıxardığı üç aylıq həbs-qətimkan tədbiri barədə qərardan da şikayət ediblər.


Eynulla Fətullayev Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Tatyana Çaladzenin iddiası ilə aprelin 20-də böhtan atmaqda ittiham olunaraq iki il altı ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan isə ona qarşı Cinayət Məcəlləsinin 214.1. (terrorla hədələmə) və 283.2.2-cü (öz qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb. Hazırda baş redaktor MTN-in təcridxanasında saxlanır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG