Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:45

Korrupsiya ilə üzləşənlər şikayətlərini artıq internetdən də göndərə bilərlər


Korrupsiya ilə üzləşənlər şikayətlərini artıq internetdən də göndərə bilərlər. Korrupsiya ilə Mübarizə Fondunun «Korrupsiyaya qarşı virtual vəkillik» layihəsi bunu nəzərdə tutur. Beş ay ərzində həyata keçiriləcək layihə korrupsiyadan zərərçəkənlərə elektron məsləhət mərkəzi xidmətini göstərəcək. Virtual hüquqi məsləhət almaq istəyənlər www.no-corruption.iatp.az saytına daxil olmalıdır. Virtual məsləhət mərkəzi şikayətləri uyğun dövlət orqanlarına göndərməklə onun həllinə də nəzarət edə biləcək.


Korrupsiya ilə Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovun sözlərinə görə, Bakı, Gəncə, Sumqayıt, Xaçmaz, Salyan və Göyçayda araşdırmalar aparılacaq, dövlət orqanları və əhalinin iştirakı ilə dəyirmi masalar təşkil olunacaq. Layihə çərçivəsində açılacaq 11 regional ofis də ərizəçiləri qəbul etmək üçün nəzərdə tutulub.


XS
SM
MD
LG