Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:19

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan»ın kompyuterləri geri qaytarılacaq


«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin Milli Təhlükəsizlik Nazirliyi tərəfindən müsadirə edilmiş kompyuterləri və başqa texniki avadanlığı bu günlərdə geri qaytarılacaq. Bu haqda «Gündəlik Azərbaycan» qəzetinin şöbə redaktoru Üzeyir Cəfərova MTN-in müstəntiqi Samir Əliyev məlumat verib.


«Deyirlər ki, istintaq yekunlaşmaq ərəfəsində olduğundan texniki avadanlıq geri qaytarılacaq».


Bu il mayın 16-da hər iki qəzetin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə qarşı terrora cəhd ittihamı ilə cinayət işi başlanıb, bundan az sonra hər iki nəşr yerləşdiyi ofisdən çıxarılıb və oradakı avadanlıq müsadirə edilib.


XS
SM
MD
LG