Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 02:24

Azərbaycanda NATO həftəsi başlayır


İyulun 9-da Azərbaycanda NATO həftəsi başlayır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.


NATO həftəsi enerji təhlükəsizliyinə və ən vacib infrastrukturların mühafizəsinə həsr olunacaq. Sessiyada Azərbaycandan və digər ölkələrdən olan gənclər iştirak edəcəklər.


Avroatlantik Tərəfdaşlıq Şurasının kollokviumunda enerji infrastrukturlarına olan təhlükələr və risklər, regional və beynəlxalq təhlükəsizlik aspektləri müzakirə ediləcəklər.


XS
SM
MD
LG