Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 13:10

«Müxalifət»çilərin işinə yenidən baxılmalıdır


Rövşən Kəbirli və Yaşar Ağazadə hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Rövşən Kəbirli və Yaşar Ağazadə hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

«Sərhədsiz reportyorlar» təşkilatı Azərbaycan hakimiyyətini 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin şöbə redaktoru Yaşar Ağazadənin işinə yenidən baxmağa çağırıb.


«Turan»ın məlumatına görə, təşkilatın bəyanatı iyunun 4-də Apellyasiya Məhkəməsində «Müxalifət» qəzetinin əməkdaşlarının apellyasiya şikayətinə baxılması ilə əlaqədar verilib.


«Qanunvericilikdə tezliklə dəyişiklik etmək lazımdır. Təhqirə görə jurnalistləri azadlıqdan məhrum etmək olmaz» müraciətdə belə deyilir.


Mayın 16-da Yasamal Rayon Məhkəməsi Rövşən Kəbirlini və Yaşar Ağazadəni hər biri 2 il 6 ay müddətinə olmaqla azadlıqdan məhrum edib. Onlar akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında həbs olunublar.


XS
SM
MD
LG