Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək «Xəzər-Lənkəran» klubu kapitanı Mahmud Qurbanovla yollarını ayırıb. Klubun saytında yer alan xəbərdə bu qərar Mahmudun nizam-intizam qaydalarını pozması ilə izah olunsa da, etibarlı mənbələr kapitanın lənkəranlılarla maddi məsələlər üzündən vidalaşdığını bildirir. Qurbanovun karyerasını «Neftçi» və ya «MKT-Araz»da davam etdirəcəyi gözlənilir.
«Xəzər-Lənkəran»ın digər oyunçusu İlqar Qurbanov isə karyerasını Türkiyədə davam etdirəcək. Azərbaycan yığmasında da oynayan yarımmüdafiəçi bu ölkənin superliqasında yarışan «Sivasspor»la üç illik müqavilə bağlayıb. «Sivasspor» son mövsümdə 7-ci yeri tutub.