Seçkilərin azad və ədalətli keçirilməsi üçün seçki komissiyalarının test üsulu ilə formalaşdırılması səmərəli olardı və biz bu formanı təklif edirik. Vətəndaş Cəmiyyəti Uğrunda (VCU) Birliyin seçki komissiyalarının formalaşdırılması ilə bağlı iyulun 3-də keçirdiyi tədbirdə hüquqşünas Əliməmməd Nuriyev belə söyləyib. Onun fikrincə, bu model cəmiyyətdəki bütün qüvvələrə bu prosesdə iştirak etməyə bərabər imkanlar yaradar.
Ə.Nuriyev bunun üçün seçki komissiyaları test-bankını yaratmağı, seçki komissiyaları üzvlərinin seçilməsi üçün 100 sualın 80%-nin Seçki Məcəlləsinə, qalan 20%-in isə cinayət, mülki məcəlləyə aid olmasını təklif edib. O, həmçinin komissiyaların daimi və peşəkar əsaslarla fəaliyyət göstərməsini irəli sürüb.