Avstraliyada London və Qlazqoda terror aktlarına cəhddə şübhəli bilinən daha bir nəfər saxlanıb.
Polisin məlumatına əsasən, o, Brisben aeroportunda saxlanıb.
Bu, iş üzrə səkkizinci şübhəlidir. Bundan qabaq Britaniya polisi yeddi nəfəri saxlayıb.
Avstraliyanın Baş prokuroru deyib ki, saxlanılan 27 yaşlı həkimdir. Onun adı və milliyyəti hələlik açıqlanmır.
Baş prokuror yalnız onu bildirib ki, o, Avstraliya vətəndaşı deyil.