Keçid linkləri

2025, 17 May, şənbə, Bakı vaxtı 17:22

Magistraturaya 3351 nəfər qəbul olub


Bu il 12.478 bakalavr magistraturaya qəbul üçün ərizə verib
Bu il 12.478 bakalavr magistraturaya qəbul üçün ərizə verib

Bu il ölkənin ali məktəblərinin magistratura pilləsinə 3351 nəfər qəbul olub. İmtahanın nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytında yerləşdirilib, ayın 3-də isə «Magistr» jurnalının növbəti sayında dərc olunacaq.


TQDK-nın əməkdaşı Elnur Nağızadə «Azadlıq» radiosuna deyib ki, ərizə verənlər arasında 1660 nəfər ali məktəbi fərqlənmə ilə bitirsə də, onlardan yalnız 658-i qəbul olub. Mindən çox boş qalan magistratura yerinə isə avqustun 15-dən sonra yerləşdirmə aparılacaq.


E.Nağızadə onu da bildirib ki, humanitar fənnlər üzrə 80, texniki fənnlər üzrə isə 70 bal toplayan bakalavrlar dövlət hesabına xarici ölkələrdə magistratura təhsili almaq üçün iyulun 6-na qədər sənədlərini təqdim edə bilərlər.


Bu il 12.478 bakalavr magistraturaya qəbul üçün ərizə verib. Onlardan 336 nəfər imtahanda iştirak etməyib, iki nəfər isə imtahandan çıxarılıb.


XS
SM
MD
LG