Keçid linkləri

2026, 21 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 04:48

«Bakı» penalti seriyasında uduzdu

İyunun 30-da İntertoto kubokunun ilk mərhələsinin cavab oyunları keçirilib. Moldovada «Daçiya»nın qonağı olan «Bakı» oyunu 1:1 hesabı ilə bitirməyə nail olub. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən komandalar penalti seriyasına əl atıblar. Penalti zərbələrini daha dəqiq yerinə yetirən Moldova futbolçuları 3:1 hesabıyla qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
Bu iki komandanın Bakıdakı qarşılaşması 1-1 hesabı ilə başa çatmışdı.


XS
SM
MD
LG