Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:45

«Parlament «Azadlıq» radiosunu susdurmamalıdır»


«Azad Avropa/Azadlıq Radioları»nın prezidenti Ceffri Qedmin
«Azad Avropa/Azadlıq Radioları»nın prezidenti Ceffri Qedmin

«Ermənistan parlamenti xarici yayım şirkətlərinə, xüsusilə «Azadlıq» radiosunun yayımına sərt məhdudiyyətlər qoyan qanun layihəsini qəbul etməsin».


Bu çağırışla «Human Rights Watch» beynəlxalq insan haqları təşkilatı Ermənistan parlamentinə müraciət edib.


Bəyanatda deyilir ki, həmin qanun layihəsi qəbul olunarsa, bu, «müstəqil xəbər mənbəyinə çıxışı məhdudlaşdıracaq, «Azadlıq» radiosuna, media azadlığına zərbə olacaq».


«Azad Avropa/Azadlıq Radioları»nın prezidenti Ceffri Qedmin də Ermənistan hakimiyyətinin xarici kütləvi informasiya vasitələrinin yayımını məhdudlaşdırmaq niyyətini tənqid edib.


Deyib ki, bu addım «bütün keçmiş Sovet ölkələrində ictimai media üçün təhlükəli presedent yarada bilər».


Cənab Qedman ümidvardır ki, «erməni parlamentarilər bu qüsurlu qanun layihəsini yenidən nəzərdən keçirəcəklər».


İyunun 28-də Ermənistan parlamenti xarici mətbuatın yayımını məhdudlaşdıran qanun layihəsini birinci oxunuşda qəbul edib.


İyulun 2-də layihə ikinci oxunuşda səsə qoyulacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG