Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 12:59

Yeni tikilən binadan iki fəhlə yıxılaraq ölüb


Bakının Yasamal rayonunun İsmayıl Qutqaşınlı küçəsində tikilən çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən iki fəhlə yıxılaraq ölüb.


Yasamal rayon Polis İdarəsinin 26-cı bölməsindən «Azadlıq» radiosuna bildiriblər ki, fəhlələr binanın fasadında işləyərkən, tros qırılıb. Fəhlələrdən biri yerində keçinib, o biri isə xəstəxanada dünyasını dəyişib.


Yasamal rayon Prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb.


XS
SM
MD
LG