Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:27

Britaniyanın Baş naziri Qordon Braun fövqəladə müşavirə keçirib



Britaniyanın Baş naziri Qordon Braun Skotland-Yardda anti-terror strukturlarının rəhbərləri ilə təcili müşavirə keçirib. İyunun 29-da Londonun mərkəzində iki minalanmış avtomobil tapılıb.



Polis hazırlanan terror aktlarının səbəblərini araşdırır. Hakimiyyət hesab edir ki, «Mercedes»lərdə aşkarlanan hər iki bomba eyni terror planının hissəsidir.


Londonda təhlükəsizlik tədbirləri gücləndirilib.


İyulun 7-də London nəqliyyatında terror aktının ikinci ildönümü tamam olur. O zaman 52 adam həlak olmuşdu.


XS
SM
MD
LG