Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:34

Qərb bölgəsinin bir neçə ərazisi susuz qala bilər


Qərb bölgəsinin bir neçə bölgəsi susuz qala bilər. Çünki Gəncə Regional Elektrik Şəbəkəsi bu ilin yeddi aylıq işıq pulunu ödəmədiyi üçün Gəncə, Xanlar, Goranboy, Samux və Daşkəsənin su təsərrüfatı idarələrinə elektrik enerjisinin nəqlini dayandırıb. Gəncə Regional Elektrik Şəbəkəsinin əməkdaşı Rafiq Abbasovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, təkcə Gəncə Su Kəməri Tresti son 7 ayda 800 min manatdan çox enerji işlədib, amma cəmi 1500 manat ödəyib. Digər bölgələrin də son aylar xeyli borcunun yarandığını deyən Rafiq Abbasov bildirir ki, Gəncə Dəmiryolu İdarəsi də işlətdiyi enerji haqqını tam ödəməyib. Amma dəmiryoluna verilən enerji hələlik kəsilməyib, sadəcə, onlara xəbərdarlıq edilib.


Gəncə Su Kəməri Trestindən isə bildirirlər ki, enerji borcunun vaxtında ödənməməsinə səbəb əhalinin su pulunu verməməsidir.


XS
SM
MD
LG