Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:01

İyunun 30-da ali məktəblərin magistratura pilləsinə qəbul imtahanı keçiriləcək


İyunun 30-da ali məktəblərin magistratura pilləsinə qəbul imtahanı keçiriləcək.


Bu barədə «Azadlıq» radiosuna Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşı Elnur Nağızadə məlumat verib.


İmtahan əvvəlki kimi Bakı və Naxçıvanın ali məktəblərində baş tutacaq.


Bu il 12 478 min bakalavr 4520 magistratura yeri uğrunda mübarizə aparacaq.


Elnur Nağızadə deyir ki, ötən illə müqayisədə, bu il magistraturaya sənəd verənlərin sayı artıb. Ərizə verənlərin 7009-u bu ilin məzunlarıdır. 54 xarici ölkə vətəndaşı da Azərbaycan ali məktəblərində magistratura təhsili almaq niyyətindədir.


İmtahanda sualları cavablandırmaq üçün bakalavrlar üçün 2 saat 30 dəqiqə vaxt ayrılacaq.


Müsabiqəyə 50-dən az bal toplamayan bakalavrlar buraxılacaq.


XS
SM
MD
LG