Ötən il dünyada Amerika dollarına sahib milyonçuların sayı səkkiz faiz artıb. İndi dünyada 9 milyon 500 min nəfərin azı 1 milyon dolları var. Belə bir araşdırmanı Amerikada investisiya bankı və konsaltinq şirkəti aparıb. Hesablamaya görə, həmin milyarderlərin ümumi sərvəti 37.2 trilyon dollardır. Milyonçuların siyahısına Birləşmiş Ştatlar başçılıq edir, ikinci yerdə Yaponiyadır. Sinqapur, Hindistan, İndoneziya və Rusiyada da yeni milyonçular çoxalıb.