Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 19:30

BŞBPİ rəisinin səlahiyyətlərini icra etmək Yaşar Əliyevə həvalə olunub


General-mayor Yaşar Əliyev
General-mayor Yaşar Əliyev

İyunun 28-i səhər Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) geniş tərkibdə müşavirə keçirilib. Bu barədə «Media forum» saytına məlumat verən BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidlinin bildirdiyinə görə, müşavirəni Məhərrəm Əliyev aparıb.


M.Əliyev toplantıda bəyan edib ki, o, başqa işə keçiməsi ilə əlaqədar BŞBPİ-nin rəisi vəzifəsindən azad olunması üçün raport verib və raport dünən qəbul edilib. Bu səbəbdən M.Əliyev daha BŞBPİ-nin rəisi olmadığını müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Ş.Seyidlinin sözlərinə görə, yeni təyinat olana qədər BŞBPİ-nin rəisi vəzifəsinin səlahiyyətlərini icra etmək rəisin birinci müavini, general-mayor Yaşar Əliyevə həvalə olunub.


M.Əliyev hansı işə keçdiyi, o cümlədən həmin işin daxili işlər orqanlarına aid olub-olmadığı haqda müşavirədə heç bir məlumat verməyib. Yalnız onu deyib ki, üç-dörd günə yeni vəzifəsinin icrasına başlayacaq.


XS
SM
MD
LG