Keçid linkləri

2025, 16 May, Cümə, Bakı vaxtı 09:52

Jurnalistlərin forumu təxirə salındı


Redaktorlar Birliyinin iclası, 24 iyun 2006
Redaktorlar Birliyinin iclası, 24 iyun 2006
Azərbaycan mediasının vəziyyətinə həsr olunacaq forum payıza qədər təxirə salınıb. Bu haqda «Azadlıq» radiosuna Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli məlumat verib. Onun sözlərinə görə, forumun təxirə salınmasına iyunun 27-də Redaktorlar Birliyinin iclasında qısa müddətdə geniş tərkibli tədbirin təşkilinin mümkünsüzlüyü barədə səslənən fikirlər səbəb olub.

Birlik qərara alıb ki, iyunun 29-da müxalifət və iqtidaryönlü media təmsilçilərinin iştirakıyla dəyirmi masa keçirilsin. Tədbirin məruzəçisi «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev olacaq. Toplantıda ölkə mediasının hazırkı durumu, problemdən çıxış yolları barədə müzakirələr aparılacaq.


İyunun 29-da media təmsilçilərinin forumunun keçirilməsi planlaşdırılırdı.


XS
SM
MD
LG