Keçid linkləri

2025, 22 İyun, bazar, Bakı vaxtı 06:49

Uşaq ölümünə görə, Azərbaycan ən geridə qalmış ölkələr sırasına aid edilib


Gələn il ilk dəfə olaraq dünya əhalisinin yarıdan çoxu şəhər yerlərində yaşayacaq
Gələn il ilk dəfə olaraq dünya əhalisinin yarıdan çoxu şəhər yerlərində yaşayacaq

Azərbaycanda hər min uşaqdan 73-ü ya ölü doğulur, ya da bir yaşına çatmamış vəfat edir. Dünyada bu rəqəm orta hesabla 53-dür. İnkişaf etmiş ölkələrdə hər min uşaqdan yeddisi, az inkişaf etmiş ölkələrdə 58-i, ən az inkişaf etmişlərdə isə 92-si ölü doğulur.


Azərbaycanda ana ölümü isə hər min nəfərə 94-dür.


Azərbaycanda kişilərin orta yaşı 63.7, qadınlarınkı isə 71.1-dir. Dünyada bu rəqəmlər 64.2 və 68.6-dır.


BMT-nin Əhali Fondunun yeni hesabatında belə deyilir. Hesabata görə, gələn il ilk dəfə olaraq dünya əhalisinin yarıdan çoxu şəhər yerlərində yaşayacaq. 2030-cu iləcən isə şəhərlərdə 5 milyard adam yaşayacaq.


XS
SM
MD
LG