Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:18

Çexiya diplomatiyası Rövşən Nəzərova yardım etməyi düşünür


Rövşən Nəzərov dostunun məzarını ziyarət edərkən,
22 mart 2007 Foto: Media Forum
Rövşən Nəzərov dostunun məzarını ziyarət edərkən, 22 mart 2007 Foto: Media Forum

Çexiya diplomatiyası 1998-ci ildə bu ölkədən siyasi sığınacaq almış və bu ilin martından Azərbaycanda saxlanan Rövşən Nəzərova yardım etməyi düşünür.


Bunu «Prague Daily Monitor» qəzetinə Çexiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Zuzana Opletova deyib.


Rövşən Nəzərovun qardaşı Elşən Nəzərov «Prague Daily Monitor» qəzetinə bildirib ki, Azərbaycan istintaqçıları şübhəli üsullardan istifadə edir və saxta dəlillər təqdim edirlər. O, deyib ki, polis qardaşına fiziki zorakılıq edib, onu 14 il əvvəl yeniyetmə olarkən guya törətdiyi əməli boynuna almağa məcbur etmək istəyib.


O, həbs olunandan sonra Çexiyanın Xarici İşlər Nazirliyi istintaqın gedişini izləmək üçün Azərbaycan İnsan Haqları Mərkəzinə müraciət edib. İndi çex diplomatları işə qarışmalıdırlar.


«Biz həqiqətən də müdaxilə üçün bəzi addımlar atmağı planlaşdırırıq, ancaq taktiki səbəblərdən onları konkretləşdirmək istəmirik», – deyə Opletova bildirib.


Çexiya XİN-in sözçüsü deyib ki, qanunvericiliyə əsasən, Çexiya Respublikası Azərbaycana rəsmən təsir edə bilməz. Ancaq Praqa bunu başqa yolla etməyə çalışa bilər: «Biz bu məsələdə cənab Nəzərova xəbərdarlıq etmişdik. Buna baxmayaraq, o, ölkəsinə səfər edib».



Rövşən Nəzərova qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb.


O, 1993-cü il iyunun 26-da Ermənistandan qaçqın düşmüş 22 yaşlı Elnur Yavər oğlu Qədimovu avtomat silahla qətlə yetirməkdə təqsirləndirilir.


Rövşən Nəzərovun atası professor Saday Nəzərov keçmişdə Azərbaycanda təqib olunub. O, da Çexiyada siyasi sığınacaq almasına baxmayaraq, iki il əvvəl Azərbaycanda həbs olunub. Amma sonradan Çexiya və beynəlxalq qurumların təzyiqi nəticəsində azad edilib.



Saday Nəzərov 1993-cü il iyun qiyamı zamanı polkovnik Surət Hüseynovu dəstəkləyib, onun müşaviri işləyib. 1994-cü il oktyabr hadisələrindən sonra Azərbaycanı tərk edib.


1998-ci ildə Saday Nəzərov və oğlu Rövşən Nəzərov Çexiyada siyasi sığınacaq alıblar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG