Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:19

Beslan qurbanları Avropa Məhkəməsinə şikayət veriblər


«Hakimiyyət faciənin səbəblərinin lazımi istintaqını təşkil etməyib»
«Hakimiyyət faciənin səbəblərinin lazımi istintaqını təşkil etməyib»
Beslanda terror aktından zərərçəkənlər Avropa İnsan Haqları Məhkəməsinə şikayət veriblər.

«Beslanın Səsi» Komitəsinin rəhbəri Ella Kesayeva deyir ki, zərərçəkənlər Beslan məktəbində terror aktı zamanı, ondan əvvəl və sonra Rusiya hakimiyyəti tərəfdən insan haqları pozuntularının qurbanı olublar:


«Əvvəl hakimiyyət insanların təhlükəsizliyini təmin etməyib, məktəbin tutulmasının və binaya silahlı yaraqlıların soxulmasının qarşısını almayıb. Bundan başqa, məktəb tutulandan sonra hakimiyyət danışıqlar prosesində kompromis yoluyla mümkün qədər çox insanın həyatını xilas etməyi vacib bilməyib. Hücuma keçərkən, hakimiyyət insanların həyatı üçün mümkün mənfi nəticələri tarazlaşdırılmış şəkildə nəzərə almadan hərəkət edib».


Zərərçəkənlər həmçinin hesab edirlər ki, hakimiyyət faciənin səbəblərinin lazımi istintaqını təşkil etməyib.


Kesayevanın dediyinə görə, şikayətə imza atan 89 zərərçəkən ümidvardır ki, Avropa Məhkəməsi istintaqı qeyri-obyektiv sayaraq, dövlətə yeni təhqiqat aparmağı tapşıracaq.


2004-cü ilin sentyabrında terrorçular Şimali Osetiyanın Beslan şəhərindəki məktəbdə 1128 nəfəri girov götürüblər. Terror aktında 185 uşaq ölüb. Bundan başqa, 145 nəfər həlak olub, 728 şəhər sakini və güc strukturlarının 55 əməkdaşı yaralanıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG