Keçid linkləri

2025, 17 May, şənbə, Bakı vaxtı 03:22

Redaktorlar Birliyi forum keçirməyə hazırlaşır


Redaktorlar Birliyi iyunun 29-da KİV-də vəziyyəti müzakirə etmək məqsədilə forum keçirməyə hazırlaşır. «Yeni Müsavat» qəzetinin redaktoru Rauf Arifoğlunun «Turan»a bildirdiyinə görə, forumda mətbuatın vəziyyəti, hakimiyyət-mətbuat münasibətləri və hakim Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunmuş 21 iyun tarixli tədbirin nəticələri haqda məsələlər müzakirə olunacaq. Görüşə hakimiyyət nümayəndələri də dəvət olunacaqlar.
İyunun 27-də isə Helsinsk Vətəndaş Assambleyasının Milli Komitəsinin ofisində Redaktorlar Birliyinin geniş hazırlıq iclası keçiriləcək.
R.Arifoğlu bildirib ki, siyasi liderlər görüşə dəvət olunmayacaqlar.


XS
SM
MD
LG