Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:37

Mobil efir əsas informasiya kanalı olacaq


ABŞ-ın «ESPN» idman kanalının vitse-prezidenti hesab edir ki, yaxın gələcəkdə oyunların mobil telefonlara canlı yayımı internetdəki videodan daha populyar olacaq.


«ESPN» nümayəndəsinin dediyinə görə, vaxtı gələndə, mobil efir ümumiyyətlə, əsas informasiya kanalı ola bilər, çünki, insanların çoxu faktiki olaraq heç vaxt telefondan ayrılmırlar.


Hazırda mükəmməl mobil yayım təşkil etmək qeyri-mümkündür, xüsusən, on-line yayım, ya da adi televizoru əvəz edə biləcək canlı efiri təsəvvür etmək çətindir. Ona görə də, media bazarının nəhəngləri öz müştərilərinə yükləmək üçün yalnız qısa epizodlar təklif edirlər. Mobil televiziyanı işə salmaq üçün keyfiyyətcə yeni informasiya texnologiyaları lazımdır.


XS
SM
MD
LG