Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:14

Moskvanın hər səkkiz sakinindən biri narkotikdən istifadə edir


Geroinin əsas hissəsi Əfqanıstandan daxil olur
Geroinin əsas hissəsi Əfqanıstandan daxil olur
Ekspertlərin fikrincə, Moskvada narkotiklərdən istifadə edən milyon yarım adam var. Yəni, hər səkkiz sakindən biri narkotikdən istifadə edir.

Moskva Elmi-Praktik Narkoloji Mərkəzinin direktoru Yevgeni Bryunun dediyinə görə, 1991-ci ildən Rusiya paytaxtında rəsmən qeydiyyata alınan narkomanların sayı 10 dəfə artıb və vəziyyət pisləşməkdə davam edir.


Təhsil Nazirliyi gənclər arasında mümkün profilaktik tədbirlərdən biri kimi, abituriyentlərin narkotiklərdən asılılıqdan müayinə olunması təşəbbüsünü irəli sürüb. Yevgeni Bryun bu təşəbbüsü dəstəkləyir.


Rusiya Federal Narkotiklərə Nəzarət Xidmətindən «Interfax»a bildiriblər ki, hazırda Rusiyada 6 milyondan çox narkoman var. Hər il narkotiklərdən normadan artıq istifadə nəticəsində ölkədə 100 min adam ölür.


Rusiyada gizli narkotik ticarətində geroin, marixuana və sintetik narkotiklər üstünlük təşkil edir. Geroinin əsas hissəsi Əfqanıstandan daxil olur.


BMT-nin məlumatına əsasən, dünyada 200 milyondan çox adam narkotiklərdən asılılıqdan əziyyət çəkir.


Narkomaniya Azərbaycanda da sürətlə yayılmaqdadır. Rəsmi məlumatlara görə, ölkədə 1991-ci ildə 1500, 1995-ci ildə 6122, 1998-ci ildə isə 7 500 nəfər narkoman qeydiyyatdan keçib. Hazırda Azərbaycanda narkomanların sayının 18 min nəfərə çatdığı bildirilir. Amma müstəqil ekspertlər həmin rəqəmin söylənildiyindən dəfələrlə çox olduğunu iddia edirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG