İspaniyanın «Barselona» futbol klubunun və İtaliya yığma komandasının müdafiəçisi Canluka Zambrotta hələ də «Milan»ın maraq dairəsindədir. Futbolçu Dünya Çempionatından sonra «Yuventus»u məhz bu kluba dəyişməyə çox yaxın olsa da, sonda İspaniyaya yollandı. Zambrotta İspaniyaya çətinliklə uyğunlaşdığından İtaliyaya dönüşü istisna olunmur. «Barsa» Fransanın «Lion» klubunun müdafiəçisi Erik Abidalı transfer edərsə, bu dönüş daha da sürətlənəcək.