Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:15

Ən qənaətcil seriyalı avtomobil yaradılıb


Yeni avtomobil havaya hər kilometrə 50 qramdan çox karbon qazı buraxmayacaq
Yeni avtomobil havaya hər kilometrə 50 qramdan çox karbon qazı buraxmayacaq

Almaniyanın «Lorema» avtomobil şirkəti ən qənaətcil və ekoloji baxımdan nümunə olacaq avtomobili təqdim edib. Buraxılışa iki modifikasiya hazırlanır


Nisbətən zəif avtomobil 100 kilometrə 1.5 litr yanacaq sərf edəcək və havaya hər kilometrə 50 qramdan çox karbon qazı buraxmayacaq.


Avtomobilin mühərrikinin gücü cəmi 20 at gücünə bərabərdir, amma effektiv aerodinamika və çəkisinin 450 kiloqram olması sürəti saatda 160 kilometrə çatdırmaq imkanı verir.


50 at gücü olan mühərrikə sahib nisbətən güclü model isə 100 kilometrədək sürəti doqquz saniyəyə yığır və saatda 220 kilometrədək sürətlə hərəkət edə bilir.


Avtomobillər dörd nəfərə hesablanıb.


XS
SM
MD
LG