Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 03:24

Məhbuslardan ikisi aclığı dayandırıb


Qobustan həbsxanasında ölüm cəzası ömürlük həbslə əvəzlənmiş 80-dən artıq məhbus var
Qobustan həbsxanasında ölüm cəzası ömürlük həbslə əvəzlənmiş 80-dən artıq məhbus var

Bir neçə gündür ki, Qobustan həbsxanasında aclıq edən məhbuslardan ikisi aksiyanı dayandırıb. Bu barədə «Azadlıq» radiosuna Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin şöbə müdiri Rafiq Ramazanov məlumat verib. Onun sözlərinə görə, aclıq edən digər 36 məhbus həkim nəzarətinə götürülüb və hələlik onların səhhətlərində heç bir problem yoxdur. Cənab Ramazanov deyir ki, aksiyanı dayandırmaq üçün rəhbərlik məhbuslara heç bir təzyiq göstərmir.


Aclıq edən məhbuslar onlara verilmiş ömürlük cəzanın 15 illik həbslə əvəzlənməsini tələb edirlər. Onların bəziləri hesab edirlər ki, cəzaları, ölüm cəzası Azərbaycanda ləğv edilərkən həmin vaxt ən ağır cəza sayılan 15 illik həbslə əvəz olunmalı idi.


Qobustan həbsxanasında ölüm cəzası ömürlük həbslə əvəzlənmiş 80-dən artıq məhbus var.


XS
SM
MD
LG