Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 05:08

Yeniyetmə fəalın harada saxlandığı bilinmir


Məhəmmədrza Əvəzpur

«Urmu News» xəbər saytının verdiyi məlumata əsasən, iyunun 19-da «Bəsic» adlanan hökumətyönlü könüllülər dəstəsinin adamları Təbrizin «Yekə Dükan» məhəlləsində yaşayan 16 yaşlı Məhəmmədrza Əvəzpurun evinə hücum edərək onu naməlum istiqamətdə aparıblar.


Əvəzpur ailəsi övladlarının bu günə qədər harada saxlandığını öyrənə bilməyib.


Ötən il Məhəmmədrza Əvəzpur Azərbaycan dilində tədris tələbi ilə keçirilən aksiyalar zamanı iki qardaşı Mustafa və Murtuza ilə birlikdə tutularaq bir müddət həbsə salınmışdı.


Bu hadisədən sonra insan hüquqları təşkilatlarına müsahibə verən gənc fəal istintaq zamanı 24 saat ayaqlarından asılaraq sorğu-suala tutulduğunu və bu müddət ərzində ona su belə verilmədiyini bildirmişdi.


Beynəlxalq insan hüquqları təşkilatı «Amnesty International» 2006-ci il oktyabrın 11-də Əvəzpur qardaşları haqda bəyanat vermişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG