İyun ayının ortalarında Azərbaycan Xarici İşlər Nazirliyinin bir qrup nümayəndəsi Türkmənistana səfər edəcək. Bunu XİN başçısının müavini Xələf Xələfov deyib. Onun sözlərinə görə bu səfərdə Xəzərin hüququ statusu ilə bağlı məsələlər müzakirə ediləcək.
Cənab Xələfov deyib ki, Azərbaycan Xəzərin hüququ statusu ilə bağlı nəinki çoxtərəfli hətta ikitərəfli danışıqların da tərəfdarıdır.
Türkmənistan Azərbaycan sektorunda yerləşən «Kəpəz» neft yatağına iddia edir və onun «Sərdar» adlandırıb.