Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yamxana kəndində keçirilən toy mərasimində 150-yə yaxın adam zəhərlənib. Ekspertizanın ilkin rəyinə görə zəhərlənmə toyda verilən ət yeməkləri ilə əlaqədar olub. Belə ki, yeməklər dondurulmuş ətdən hazırlanıbmış.
Babək Rayon Xəstəxanasından verilən məlumata görə zərərçəkənlərin sayı çox olduğundan onların bir qismi Naxçıvan şəhərindəki xəstəxanalarda yerləşdirilib. Tibbi yardımdan sonra əksər xəstələrin vəziyyətləri normal olduğundan evlərinə buraxılıblar.
Faktla bağlı Babək rayon hüquq mühafizə orqanları araşdırma aparır.