Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:35

Parlament bu sessiyada 14 iclas keçirib, 130 qanun və qərar qəbul edib. Bu müddət ərzində qanunverici orqan həmçinin 55 beynəlxalq müqavilə və konvensiyanı ratifikasiya edib. Bu barədə yaz sessiyasının yekunlarına həsr olunan mətbuat konfransında vitse-spiker Bahar Muradova məlumat verib.


O, deyib ki, iki növbədənkənar iclasda isə 36 qanun və qərar qəbul olunub.


Bahar Muradova hesab edir ki, yaz sessiyasında qəbul edilən əsas sənəd «Amnistiya haqqında qanun» olub. Milli Məclisin daimi komissiyaları isə sessiya dövründə 114 iclas keçirib, ümumilikdə 300-ə yaxın qanun və qərar layihəsi müzakirə olunub.


Yaz sessiyası zamanı vətəndaşlar tərəfindən parlamentə 2600-dən çox ərizə və şikayət daxil olub. Onların bir hissəsi parlamentin komissiya və şöbələrində araşdırılıb, digər qismi isə müvafiq orqanlara göndərilib.


Xanım Muradova deyir ki, artıq 98 deputatın köməkçisi fəaliyyət göstərir. Tezliklə hər bir dairədə millət vəkilləri üçün ayrıca ofislər tikiləcək.


Vitse-spiker yaz sessiyası parlamentin fəaliyyətini yaxşı qiymətləndirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG