Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 21:31

Ev sahibi evinin yandırıldığını deyir


Rəsmilər yanğın nəticəsində heç kimin ciddi xəsarət almadığını bildiriblər
Rəsmilər yanğın nəticəsində heç kimin ciddi xəsarət almadığını bildiriblər

İyunun 21-i saat 14:00 radələrində «İstiqlaliyyət küçəsi-49» ünvanında yanğın baş verib. Yanan bina Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ilə üz-üzbəüz ərazidə yerləşir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin «FHN» yanğınsöndürənləri gəlib. Rəsmilər hər hansı itki olmadığını bildiriblər. Sakinlər də tələfat barədə məlumatları olmadıqlarını deyiblər.


FHN-nin əməkdaşları bildiriblər təxminən 200 kvadrat metrlik mənzil yanıb. Binada taxta konstruksiyalar çox olduğundan yanğın sürətlə yayılıb. Hadisənin qısa elektrik qapanmasından baş verdiyi ehtimal edilir.


Amma evi yananlardan birinin dediyinə görə, ötən ildən bir neçə dəfə həmin ərazini almaq istəyiblər, amma qiymətdə razılaşma olmadığından alqı-satqı baş tutmayıb. Elə bu baxımdan da ev sahibəsi evlərin yandırıldığını iddia edir.


Hadisə yerində olan Səbayel rayon təcili yardım əməkdaşlarının verdiyi məlumata görə, yanğın zamanı 5-6 nəfər sakin yüngül yanıq xəsarəti alıb və onların hamısına ilkin tibbi yardım göstərilib.









XS
SM
MD
LG