Bəstəkarlar İttifaqının iyunun 20-dəki iclasında gizli səsvermə yolu ilə xalq artisti, professor Firəngiz Əlizadə qurumun yeni sədri seçilib. Toplantıda ittifaqın idarə heyətinin, təftiş komissiyasının yeni heyəti də seçilib.
Ötən ayın 25-də prezident İlham Əliyevin sərəncamına əsasən, Firəngiz Əlizadə «Şöhrət» ordeni ilə təltif olunmuşdu.
Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də doğulub. 1990-cı ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 2000-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.