Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:40

Bulvarda partlayış olub


Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir

İyunun 20-də səhər saat 7-də Bakıda dənizkənarı parkda yerləşən keçmiş «Drakon», indiki «İkssayt» restoranında güclü partlayış baş verib. Səbail rayon polisinin əməkdaşlarının verdiyi məlumata görə, gecə saat 1-dən 6-dək həmin restoranda gənclərin şənliyi keçirilib.


80-dən artıq gəncin iştirak etdiyi mərasim başa çatandan bir saat sonra restoranda partlayış baş verib. İlkin ehtimala görə, hadisəyə qaz sızması səbəb olub. «İçəridə qaz balonundan qaz sızması olub. Xəsarət alan yoxdur, mühafizəçi salamat qalıb»,- deyə Səbail polis idarəsini ictimai təhlükəsizlik idarəsinin rəisi Məmməd Qədimov ANS-ə bildirib.


Hadisə zamanı restoranda yalnız mühafizə xidmətinin bir əməkdaşı olub ki, o da partlayışdan sağ çıxa bilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Ziyanın məbləği dəqiqləşdirilir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG