Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:54

Tehranda Xəzərin hüquqi statusu müzakirə olunacaq


Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Tehrana gedir
Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Tehrana gedir

İyunun 20-də Tehranda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransı işinə başlayır (Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran). Görüşdə Azərbaycanı xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov təmsil edəcək.


Azərbaycan XİN mətbuat katibi Xəzər İbrahimin «Xəbərlər-Azərbaycan»a verdiyi məlumat görə bu gün Məmmədyarov Tehrana gedəcək.


İclasın məqsədi bu il Tehranda keçiriləcək ikinci Xəzər sammitinin hazırlanması, həmçinin Xəzəryanı dövlətlərin prezidentlərinin görüşünə təqdim olunacaq sənədləri müzakirə etməkdir.


Xarici işlər nazirinin müavini Xələf Xələfovun sözlərinə görə, görüş zamanı, Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə Konvensiya layihəsinin əsas məqamlarını razılaşdırılacaq.


Bundan sonra Tehranda dövlət başçıları sammitinin keçiriləcəyi tarix müəyyən ediləcək. Beş ölkənin prezidentləri Konvensiyanın yekun layihəsini imzalayacaqlar.


XS
SM
MD
LG