Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:58

«Azərbaycan enerji məsələsində Avropanın etibarlı tərəfdaşı olacaq»


İlham Əliyev deyib ki, problemləri həll etmək üçün GUAM üzvləri güclənməlidir
İlham Əliyev deyib ki, problemləri həll etmək üçün GUAM üzvləri güclənməlidir

«Şahdəniz» yatağından qaz istehsal olunandan sonra Azərbaycanın qaz ehtiyatlarına maraq artıbdır. Ölkə hazırda 1,5 trilyon qaz ehtiyatına malikdir». Prezident İlham Əliyev GUAM dövlət başçılarının iyunun 19-da Bakıda keçirilən sammitindəki çıxışında belə deyib.


Dövlət başçısı deyib ki, qazı Avropa bazarlarına çıxarmaq üçün yüksək səviyyəli nəqliyyat dəhlizi Bakı-Ərzurum-Qars kəməri mövcuddur. «Bu ilin sonuna qədər Azərbaycan qazı Türkiyə və Yunanıstana veriləcək. Bununla da ölkəmiz Avropaya qaz ixrac edən ölkəyə çevriləcək». İlham Əliyev vurğulayıb ki, Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın etibarlı tərəfdaşı olacaq.


Prezident GUAM ölkələrinin iqtisadi inkişafının yüksək olması ilə yanaşı, bir sıra problemlərin mövcudluğuna da toxunub. Təşkilatın üç üzvü Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlükləri pozulubdur. «Bu problemləri həll etmək üçün GUAM ölkələri güclü dövlətə çevrilməlidir. İşğalçılar ərazidən çıxarılıb, separatizmin qarşısı alınandan sonra Avropa təcrübəsinə əsaslanaraq həmin ərazilərdə yüksək status məsələsi həll oluna bilər».


Polşa prezidenti Lex Kaçinski Odessa-Brodı kəməri ilə bağlı məsələyə toxunub. Cənab Kaçinski deyib ki, bu kəmərin problemi neftdir, o da GUAM-da tapıla bilər.


Sammitdə Ukrayna və Gürcüstan prezidentləri də çıxış ediblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG