Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:46

Bu il sənəd verən abituriyentlərin sayı daha çox olacaq


Elnur Nağızadə: «Bu il qəbul planında təqribən 1000 yer artıq nəzərdə tutulub»
Elnur Nağızadə: «Bu il qəbul planında təqribən 1000 yer artıq nəzərdə tutulub»

Bu il sənəd verən abituriyentlərin sayının əvvəlki illərdən bir qədər çox olacağı gözlənilir. Ötən il 106 min sənəd vermişdisə, bu il onların sayının 110 min ola bilər. «Azadlıq» radiosunun «Xəbər-ətər» verilişinin qonağı olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmisi Elnur Nağızadə hökumətin qəbul planını da genişləndirdiyini deyir. «Keçən ilkindən fərqli olaraq bu il təqribən 1000 yer artıq nəzərdə tutulub. Ümumi 26 704 yer. Bu il 22 884 yer dövlət ali məktəblərinin, 3820 isə özəl təhsil müəssisələrinin payına düşür».


Komissiya rəsmisi deyir ki, ali məktəblərə qəbul imtahanları iyulun 15-dən sonra başlayacaq.


Artıq tələbə qəbulu elan olunub. Orta, orta ixtisas və ya peşə məktəbinin bu il bitirən abituriyentlər sənədlərini iyunun 25-dən-iyulun 5-nə kimi təqdim edə bilərlər. Əvvəlki illərin məzunları isə iyunun 22-dən sənəd verə bilərlər.


Qəbul komissiyaları səhər saat 9-dan axşam saat 5-ə kimi həftənin bütün günləri işləyirlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG