Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:14

Ölkədə ana ölümünün səviyyəsinin yüksək olmasını səhiyyə naziri Oqtay Şirəliyev etiraf edir. Nazir bu barədə iyunun 18-də keçirdiyi mətbuat konfransında bildirib. Amma o, ötən illərlə müqayisədə bu rəqəmin azaldığını da deyib. Onun sözlərinə görə, bu ilin əvvəlindən 15 ana ölümü qeydə alınıb. Bununla bağlı 12 nəfər səhiyyə işçisi də işdən azad olunub. Məsələ komissiyada araşdırılır.


Səhiyyə naziri daha bir neçə etiraf edib. O, saxta dərmanlarla mübarizə aparılmasına baxmayaraq, problemin qaldığını bildirib.


Nazir səhiyyə sistemində də rüşvətin aradan qaldırılmağını söyləyib.


Oqtay Şirəliyevin sözlərinə görə, Maliyyə və Səhiyyə nazirliklərinin yeni maliyyələşmə modelini hazırlanıb. Sənəd yaxınlarda prezidentə təqdim ediləcək.


Nazir həmçinin Bakıdakı Musa Nağıyev adına xəstəxananın özəlləşdirilməsi ilə bağlı gəzən fikirləri təkzib edib. O, xəstəxananın mərhələli şəkildə təmir olunduğunu, təmirdən sonra ən müasir tibbi avadanlıqla təchiz olunacağını deyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG