Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:00

«Qəbələ» RLS-in insanlara ziyanı olmadığı bildirilir


«Qəbələ RLS-lə bağlı son zamanlar daimi monitorinq aparılır. Son bir neçə ildə aparılan monitorinq göstərir ki, bu stansiya insanlara mənfi təsir göstərmir».


Dövlət komissiyasının üzvü, səhiyyə nazirinin müavini Abbas Vəliyev jurnalistlərə belə deyib. Onun sözlərinə görə, stansiya inşa olunarkən normativlərə əməl olunub. Onun sözlərinə görə, rayonda insanların sağlamlıq, demoqrafik və ölüm göstəriciləri qənaətbəxşdir.


Nazir Oqtay Şirəliyevsə əlavə edib ki, stansiyanın ziyanı olsaydı, özünü göstərərdi. Daimi monitorinqlərsə hər ehtimala qarşı davam etdirilir.


XS
SM
MD
LG