Keçid linkləri

2026, 16 Oktyabr, cümə, Bakı vaxtı 00:49

Moskva dünyada əcnəbilər üçün ən bahalı şəhər olaraq qalır

Moskva ikinci ildir ardıcıl olaraq əcnəbilərin yaşaması üçün ən bahalı dünya şəhərlərinin siyahısına başçılıq edir. Siyahını Britaniyanın «Mercer» konsaltinq şirkəti hazırlayıb.


143 şəhərin daxil olduğu reytinq tərtib olunarkən, mənzil kirayəsinin, ictimai nəqliyyatda gedişin, qida məhsullarının, paltarların və əyləncələrin qiyməti kimi 200 amil nəzərə alınıb.


İkinci yeri London, üçüncü yeri isə Cənubi Koreyanın paytaxtı Seul tutur.


İlk onluğa həmçinin, Tokio, Honkonq, Kopenhagen, Cenevrə, Osaka, Sürix və Oslo da daxildir.


ABŞ-da ən bahalı şəhər Nyu-Yorkdur.


XS
SM
MD
LG