Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:44

Fərhad Əliyevin vəkillərinə xəbərdarlıq edildi


Dövlət əmlakını mənimsəməkdə, rüşvət almaqda ittiham olunan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı «Azpetrol» şirkətinin prezidenti Rafiq Əliyev və daha 17 nəfərin işi üzrə məhkəmə prosesi iyunun 18-də günortaya kimi davam edib.


Hakim Tofiq Paşayev məhkəməyə gəlməyən vəkillər Türkan Süleymanov, Nemət Kərimli, Asif Məmmədov, Rafiq Quliyev və mülki müdafiəçi Yunis Vəliyevin cəzalandırılması üçün Vəkillər Kollegiyasına xəbərdarlıq göndərilməsi barədə göstəriş verib.


Bundan başqa hakim vəkillər İsaxan Aşurov və Rafiq Quliyevə ciddi xəbərdarlıq edib. Hakim bunu vəkillərin etik normalara riayət etməmələri, yerdən danışmaları ilə izah edib.


Rafiq Əliyevin vəkili Əlimərdan Sadıqovun qaldırdığı vəsatətlər isə baxılmamış saxlanılıb. Vəkil zərərçəkənlərin ifadəsi ilə tanış olmaq üçün onlara siyahının bir neçə gün əvvəldən verilməsini və səsgücləndiricinin qoyulmasını istəyib.


Günün birinci yarısında 40-dək zərərçəkən ifadəsi dinlənilib. Onlar ala bilmədikləri pay çeklərinin əvəzinin ödənməsini tələb ediblər.


Proses iyunun 19-da davam edəcək.


XS
SM
MD
LG