Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 05:36

General Petreus: «İraqda yaraqlılar üzərində qələbə üçün onilliklər lazımdır»


Amerika qoşunlarının komandanı general Devid Petreus hesab edir ki, İraqda yaraqlılar üzərində qələbə üçün onilliklər tələb olunur.


«Fox News» telekanalına müsahibəsində Petreus deyib ki, İraqda verilən tapşırıqları bir-iki ilə həll etmək qeyri-mümkündür. Eyni zamanda o, qeyd edib ki, Amerika qoşunlarının bu ölkədə qalma müddəti yalnız İraq hakimiyyətinin iradəsindən asılıdır.


Sentyabr ayında general Petreus Amerikanın İraqdakı yeni strategiyasının nəticələrinə dair məruzə təqdim etməlidir. Yeni strategiya hər şeydən əvvəl Bağdadda təhlükəsizliyin təmin olunmasına yönəlib. Bu məqsədlə İraqa əlavə 28 min ABŞ hərbçisi yollanıb.


XS
SM
MD
LG