Keçid linkləri

2025, 22 May, Cümə axşamı, Bakı vaxtı 00:37

Putin «jurnalistikanı məhv etdiyinə görə» mükafat alıb


Mükafat təsisçilərinin qərarına hər şeydən əvvəl Anna Politkovskayanın qətlinin necə araşdırılması təsir edib
Mükafat təsisçilərinin qərarına hər şeydən əvvəl Anna Politkovskayanın qətlinin necə araşdırılması təsir edib

Rusiya prezidenti Vladimir Putinə «müstəqil jurnalistikanı məhv etdiyinə görə» anti-mükafat verilib.


Belə bir qərar iyunun 17-də Hamburqda 20-dən çox ölkədən olan KİV əməkdaşlarının iştirakı ilə keçirilən konfransda qəbul edilib.


«Qapalı balıqqulağı» anti-mükafatını 7 il əvvəl alman jurnalistləri təsis ediblər və bu vaxta qədər yalnız Almaniyanın siyasi xadimlərinə verilirdi. Bu il onunla ilk dəfə olaraq xarici dövlətin başçısı «mükafatlandırılıb».


Rusiya Ekstremal Jurnalistika Mərkəzinin rəhbəri Oleq Panfilovun dediyinə görə, mükafat təsisçilərinin qərarına Rusiyada KİV azadlığı ilə bağlı vəziyyət və hər şeydən əvvəl Anna Politkovskayanın qətlinin necə araşdırılması təsir edib.


Ümumiyyətlə, son 15 ildə Rusiyada 200-dən çox jurnalist öldürülüb. Bunu Aşkarlığın Müdafiəsi Fondunun rəhbəri Aleksey Simonov deyib. Bu qətllərin əksəriyyəti dinc şəraitdə olub. Cənab Simonov bildirib ki, hakimiyyət bu qətllərin istintaqını lazımi şəkildə aparmır.


XS
SM
MD
LG