Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 05:23

Ombudsmanların V beynəlxalq Bakı konfransı açıldı


Konfransda məqsəd ombudsmanların imkanlarını artırmaqdır
Konfransda məqsəd ombudsmanların imkanlarını artırmaqdır

İyunun 18-də «Excelsior» otelində ombudsmanların «İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində ombudsmanların imkanlarının inkişaf etdirilməsi» adlı V beynəlxalq Bakı konfransı işə başlayıb.


«Turan» xəbər verir ki, tədbirdə çıxış edən Avstriyanın ombudsmanı Peter Kostelkanın sözlərinə görə, insan hüquqlarına hörmət edilən cəmiyyət və demokratiya yaratmaq vacibdir. Avropa ölkələrinin təcrübəsinə əsasən buna bir neçə il lazımdı.


YUNESKO-nun Moskva Bürosunun direktoru Gendefer Boruaç indiki zamanda bəzi ölkələrdə İnsan Hüquqları Proqramlarının həyata keçirildiyini deyib. Onun təmsil etdiyi qurum bu Proqramın müxtəlif ölkələrdə həyata keçirilməsinə nəzarət edəcək.


AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosiya qeyd edib ki, indiki zamanda Avropa məhkəməsində müxtəlif ölkələrdən çoxlu sayda iş nəzərdən keçirilir. Avropa məhkəməsi tərəfindən qəbul edilən qərarların ölkələr tərəfindən yerinə yetirilməsinin gedişini qiymətləndirəcək.


O, bildirib ki, bu payız Bakıya Avropa Şurasının insan hüquqları komissiyasının üzvləri gələcəklər. Onların əsas vəzifəsi - ombudsmanın işinə yardım etməkdir.


Forumun işində Avstriyanın Federal ombudsmanı, Dağıstanın, RF-nin Moskva, Saratov, Kemerov, Sverdlov vilayətlərinin ombudsmanları, Moldovanın ombudsmanı, YUNESKO-nun Moskva Bürosunun direktoru iştirak edirlər.


XS
SM
MD
LG