İyunun 17-də Gəncə Kənd Təsərrüfatı Akademiyasının rektoru Məmmədtağı Cəfərov ağır ürək çatışmazlığından vəfat edib. Rektorun ölümünə səbəb oğlunun həmin gün səhər saatlarında intihar etməsi olub.
Onun oğlu Şahin Cəfərov elə həmin gün yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi qaldırılıb.