
ANS TV-nin araşdırmasına görə, ilin əvvəli ilə müqayisədə bu fərq 500-1000 dollar təşkil edir. Buna baxmayaraq, avtomobil satışında əvvəlki canlanma yoxdur. Ekspertlər bunu əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edirlər.
Ehtiyat hissələrinin qiymətində isə əksinə, təxminən 10-12 faiz bahalaşma qeydə alınıb. Rusiya istehsalına nisbətən Avropa maşınlarının ehtiyat hissələri daha çox bahalaşsa da, alıcılar avtomobil alarkən Avropa brendlərinə üstünlük verirlər.
Hələlik ucuzluq olsa da, sentyabr ayı maşın alveri üçün əlverişli mövsüm hesab olunduğundan, avtomobillərin bahalaşacağı istisna edilmir.
Hazırda ölkədə 700 mindən çox avtomobil qeydiyyatdadır.