Rusiya Baş nazirinin birinci müavini Sergey İvanov hesab edir ki, «Volqa-Don» kanalının ikinci xəttinin tikintisində Azərbaycan, Qazaxıstan və Türkmənistan da iştirak edə bilər.
Bu barədə «RİA Novosti» xəbər verir.
«Konsessiya ideyası bizim tərəfdaşlarımız üçün cəlbedicidir», - deyən İvanov bildirir:
«Azərbaycan, Qazaxıstan və Türkmənistan konsessiyaya daxil olduqları təqdirdə, mahiyyətcə, dəniz dövlətləri olacaqlar».
İvanov qeyd edib ki, bu layihə böyük vəsaitlər tələb edir: «Aydındır ki, federal büdcə heç vaxt onu 100% həcmində maliyyələşdirməyəcək».
Onun fikrincə, bu layihədə özəl kapital, özü də xarici özəl kapital iştirak etməlidir.
Azərbaycan Qara dənizə çıxmaq üçün Volqa-Don kanalından istifadə edir.